VHP qurultay keçirəcək
30 Yanvar 2014 18:17 SiyasətVətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, toplantıda ölkədəki ictimai siyasi vəziyyət, Xalq Cümhuriyyətinin qurucularından olan Məmmədəmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbir, VHP üzvü Ömər Məmmədovun həbsi və digər məsələlər müzakirə edilib. VHP sədri Sabir Rüstəmxanlı ölkədə və bölgədə baş verən siyasi proseslər barədə ətraflı danışıb. Sonra Ali Məclisin sədri Rafiq Manaflının, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin, partiya sədrinin müavinləri Elxan Mirzəyev, Arif İsmayılbəyli və Yusif Salmansoyun məlumatları dinlənilib. İclasda rayon təşkilatılarının hesabat seçki yığıncaqlarının keçirilməsi, qurultay məsələsi də müzakirə edilib. Qurultaya hazırlıqla bağlı məsələləri həll etmək üçün fevralın son həftəsində Ali Məclisin sessiyasının cağırılması qərarlaşdırılıb.