AŞ PA Ukrayna nümayəndə heyətini səs hüququndan məhrum edə bilər
30 Yanvar 2014 16:24 SiyasətAvropa Şurası Parlament Assambleyası (AŞ PA) aprel sessiyasında Kiyev nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi ehtimalının saxlandığı Ukrayna üzrə qətnamə qəbul edib. Bu barədə RİA Novosti məlumat verir. Qətnamədə qeyd olunur ki, indiki məqamda AŞ PA Ukrayna nümayəndə heyətinin Assambleyada səs hüququndan məhrum edilməsi məsələsinə baxmaq istəmir. Sənəddə daha sonra bildirilir: "Buna baxmayaraq, əgər insan haqlarının pozulması, yaxud ölkədə etiraz aksiyalarının güc yolu ilə qarşısının alınması davam edərsə, AŞ PA belə sanksiyalara aprel sessiyasının ikinci hissəsində baxa bilər". trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00