“Ukraynada xalqla iqtidar arasında hakimiyyət müharibəsi gedir” - FİKİR
Zərdüşt Əlizadə: “Rusiya Qərb üçün ciddi rəqib deyil, çünki o siyasət arenasını tərk etməkdə olan oyunçudur”
30 Yanvar 2014 13:53 Siyasət"Ukrayna müstəqil və demokratik dövlət kimi qərarlarını özü verməyə çalışır. Sadəcə olaraq Ukraynanın müstəqil dövlət statusunda Avropa İttifaqı ilə inteqrasiya məsələsində apardığı danışıqlar Rusiyanın maraqlarına uyğun deyildi" - politoloq Zərdüşt Əlizadə Rusiya və Qərbin Ukrayna ətrafında yaratdığı vəziyyətə münasibət bildirərkən belə deyib. Z.Əlizadə qeyd etdi ki, Aİ ilə Ukrayna arasında inteqrasiya prosesinə dair 1000 səhifədən ibarət sənəd hazırlandı. Sadə ukraynların həmin sənəddən xəbərləri yoxdur. Politoloq bildirdi ki, bu barədə hökumət də xalqa heç bir məlumat vermir. Hətta millət vəkillərinin bir çoxu da həmin sənəd barədə məlumatsızdırlar. Z.Əlizadənin sözlərinə görə, son dəqiqədə Yanukoviçə məruzə oldunu ki, Kiyev həmin müqaviləyə imaz atsa, Ukrayna çoxmilyardlı itkilərə məriz qalacaq. Müqavilə çiy olduğu üçün Yanukoviç Ukraynanın dövlət mənafeyini nəzərə aldı və Vilnüsdə onu imzalamaqdan vaz keçdi. Prezident müzakirələrin davam etdirilməsini də istədi: "Ukraynanın avro-inteqrasiya siyasəti dəyişməz olaraq qalır. Lakin Yanukoviçin fikirlərilə razılaşmayan qüvvələr insanları küçələrə çıxardılar. İnsanlar hökumətdən Ukraynanın itkilərinə baxmayaraq, müqaviləni imzalamağı tələb etdilər. Daha sonta xalq Yanukoviçdən istefa verməsini istədi. Hal-hazırda bu müstəvidə Ukraynada hakimiyyət müharibəsi gedir. Əslində ortada Ukraynanın Rusiya, yaxud Avropaya inteqrasiyası məsələsi yoxdur. Rusiya mətbuatı isterikaya düşüb. İddia edir ki, Ukrayna Rusiyanı satıb. Qərb isə bildirir ki, Yanukoviç zor işlətdiyi üçün xalq daha da üsyankarlaşır və Yanukoviçdən insanlara zor tətbiq etməməyi tələb edir. Bu isə maraqlı mənəzərə yaradır. Qərb Ukraynada baş verən proseslərdən istifadə edərək geosiyasi maraqları konteksrində Rusiyanı zəiflətməyə çalışır. Lakin kənar qüvvələrin çəkişməsində əsas itiriən tərəf Ukraynadır. Rusiya isə milli mənafeyini qorumaqda çətinlik çəkən aciz dövlətdir. Son 40 ildə Rusiya itirə-itirə gedir. Rusiya post-sovet məkanındakı mövqelərini də əlindən buraxır. O mütəmadi zəifəlməkdə olan dövlətdir. Putin isə bunu dərk edir. Lakin nəzəri olaraq böyük işlərin görüldüyü təsəvvürünü yaradır. Bu böyük yalandır. Bu xülya ilə Putin hakimiyyətini əldində saxlamağa çalışır, digər tərəfdən xalqı aldadır. Rusiya Qərb üçün ciddi rəqib deyil, çünki o siyasət arenasını tərk etməkdə olan oyunçudur". ("OLAYLAR İA")