Kanadada Rəsulzadənin 130 illiyi qeyd edilib
30 Yanvar 2014 13:10 SiyasətKanadanın paytaxtı Ottava şəhərində "Azərbaycan: keçmiş və gələcək" mövzusunda seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli professor və tələbələr, tədqiqatçılar, beynəlxalq münasibətlər və konfliktologiya mütəxəssisləri, Ottavadakı Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər. Kanada Parlamentinin üzvü Barri Devolin, Azərbaycan Diplomatik Akademiyasının professoru Rəşad İbadov, İsveçrə jurnalisti Andre Vidmer, eləcə də SAM-ın aparıcı elmi işçisi Heydər Mirzə "Cənubi Qafqazın müasir geosiyasi kontekstində Azərbaycanın xarici siyasəti" mövzusunda çıxış edib.
Qeyd edək ki, tədbir Azərbaycan Demokratik Respublikasının lideri Məmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr olunub.