Dağlıq Qarabağ münaqişəsində Pakistanın hər zaman Azərbaycanı dəstəkləyib
30 Yanvar 2014 13:01 SiyasətAzərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Peşavər şəhərinə səfəri zamanı Pakistanın Xayber Paxtunxva əyalətinin qubernatoru Şövkatullah Xan ilə görüşüb. "OLAYLAR"-ın Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə səfir Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. Daşqın Şikarov Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlıq edib.
Şövkatullah Xan əyalətdə yaşayan xalqların azərbaycanlılarla oxşar mədəniyyət və adət-ənənələrə malik olduqlarını qeyd edib, Pakistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşdirilməsinin önəmindən danışıb.
Qubernator Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın hər zaman Azərbaycanı dəstəklədiyini bildirib və rəsmi Bakının da Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib. Ş.Xan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Xeybər Paxtunxva əyalətinin müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.