Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir
30 Yanvar 2014 12:54 Siyasət"Rusiya Federasiyasının Dövlət Duması Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlıqla bağlı Sazişi hələ də ratifikasiya etməyib". Bunu deyən millət vəkili, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, sazişin imzalanmasından 13 il keçməsinə baxmayaraq, hələ də Rusiya tərəfindən həmin cənəd ratifikasiya olunmayıb: "Bu iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıqla bağlı xeyli ciddi problemlər və narahatlıqlar yaradır. Ancaq bununla belə, inanıram ki, Rusiya tərəfi nəhayət, bu Sazişi də ratifikasiya edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00