Ukraynanın işi Rusiyaya qalıb, Rusiyanın işi isə...

Okeanlar və ya sərhədlər aşaraq Ukraynanı sevməyə gələn qərblilərin qəribəliyi

Hafiz Mirza

www.hafizmirza.com 

Artıq hamı bilir ki, indi Ukraynada vəziyyət ukrayncadır. Burada  müasir dünyanın hər bir ölkəsi üçün hazırlana biləcək gizli müharibə - açıq dövlət çevrilişi və ya qiyam ssenarisi gerçəkləşdirilməkdədir. Biz kənardan müşahidə etdiyimiz üçün çox şeyi daha aydınca görə və möhkəmcə təəccüblənə bilirik. Həm də adamın qüruruna toxunur; Qərb, daha dəqiq desək ABŞ və elə ABŞ-in özünü də barmağına dolamış gizli masonun oyunbazlığı açıq-aydın görünür, amma kimsə bunun üstünə getmir. Qərb bu zəngin ölkəni tamamilə öz  inhisarına almaq, burada öz rejimini yaratmaq, ölkə başına da öz əlaltılarını qoymaq istəyir. Sağ olsunlar ki, daha adına həyasızcasına "demokratiyanın müdafiəsi" demirlər. Gül kimi demokratiya Qərbin   ucbatından artıq söyüş  yerinə işlədilməyə başlanılıb. Yuliya Timoşenko onların ən parlaq nümayəndəsi idi. Daha səsi ağzından çıxmır. Bu adam özünün həyasız arvad  artistizmi ilə xalqın başını yaxşıca tovlamış və seçkilərdə üstün səs faizləri əldə etmişdi. O vaxt baş nazir olmuş Nikolay Azarova baş nazirliyi azzar eləmiş bu xanım ixtisasca mühəndis-iqtisadçı olsa da, biznes fəaliyyətinə videosalon açmaqla başlamışdı. Camaata bolluca erotik filmlər göstərməsi səbəbindən 1 milyon dollara yaxın pul qazanmış, sonra maşınqayırma sənayesinə girişmişdi. O vaxt Qərbin təsiri altında  Viktor Yuşşenko ilə birləşib seçkilərdə onu qalib gətirdi. Yuşşenko isə yəqin ki, sonralar buna çox peşman oldu. Çünki bu arvad onun prezidentliyi dövründə iki dəfə seçkilərdə xalqı daha yaxşı aldadaraq ölkənin baş naziri seçildi və hər iki dövrdə Yuşşenkonun prezidentliyini burnundan gətirdi. Adam çopur olanda nə olar, yazıq kişi əgər bizim dili bilsəydi, çox güman ki, divardan sazı götürüb "Bir yerin ki, qadın ola naziri, həmin yerin ərşə çıxar zırha-zırı!"  deyə Şirvan gözəlləməsi oxuyardı. Amma bunu edə bilmədi və bir də prezident olmağı tövbə elədi. Ukraynanın əvvəlki prezidentləri çox da pis kişilər olmamışdılar. Leonid Kravçuk, Leonid Kuçma, Viktor Yuşşenko, indi isə Viktor Yanukoviç. İndiyədək olmuş 4 prezidentin ikisi Leonid, son ikisi isə Viktordur. Hazırda II Viktorun erası davam edir. Amma adam bunu heç era da adlandıra bilmir. Çünki... Əvvəlki prezidentlərin dövründə SSRİ təzəcə dağıdılmış və  Qərb sovet respublikalarına əməllicə minmişdi. Belarusiyada Lukaşenkonun möhkəm dayanması digər iki slavyan ölkəsinə toparlanmağa imkan verdi və obrazlı desək, Putinlə Yanukoviç bu iki ölkənin ləyaqətini qismən bərpa etdilər. Amma Qərbə də Qərb deyərlər! Yuliya Timoşenko indi həbsxanada corab toxusa da, Qərbin barmağı onda, onun da  barmağı bayırdadır. Bayırda  isə  "yevromaydan" hərəkatı tüğyan edir. Müxalifət adlanan qüvvənin bir tələbi 9 il iş almış Yuliyanın azad edilməsidir. Sabiq dünya çempionu Vitali Kliçko  boksu atdıqdan sonra özünə yeni iş yeri kimi prezident iqamətgahını görür. Xaxolların  qanında-canında azadlıq hissi çox güclüdür deyə anarxizmə pataloji meyillidirlər. Onlara prezidentlik etmək onsuz da heç asan deyil. Qərblilər də onların bu xüsusiyyətindən sui-istifadə edib, sadə xalqın hesabına ölkəni daim qarışdıra  bilirlər. Məşhur anarxist Batka Maxnonun da mənşəcə xaxol olması heç təsadüfi sayılmaz.  Beş-altı il əvəl Ukrayna ziyalılığı bir də ayılıb gördü ki, ey dadi-bidad, Yuliya əməlli-başlı talançı və korrupsionerdir. Bir adamın ki, atası Vladimir Qriqyan ola! Qriqyanu olsaydı, deyərdik ki, moldavalıdır. Erməni mənşəyi öz sözünü deməkdədir.  O da təsadüfi deyil ki, "yevromaydan" hərəkatının son olaylar zamanı həlak olmuş 3 nümayəndəsindən biri ermənidir. Qriqyan təəssübkeşliyi yoxdursa, erməninin bu geydirmə hərəkatda nə iti azıb? Yalançı qəhrəmanlar indi Ukraynada "itə tök" qədər çoxdur. "Udar" partiyasının  lideri Vitali Kliçko da,  Ali Radada "Batkivşina" fraksiyasının lideri Arseni Yaçenyuk da, "Spilna sprava" lideri Aleksandr Danilyuk da müqəddəs "Tereza ana" sayılmaz. Boks yarışlarında başına dəyən yumruq zərbələrinə görə sonradan hansısa idmançının dərin ağıl əldə etməsi barədə elmdə hələ ki, məlumat yoxdur. Amma deyilənə görə Yanukoviç Yaçenyuka baş nazir,  Kliçkoya onun müavini, Danilyuka isə... ona isə yəqin ki, Qara dəniz sahillərində ləpələri saymaq postlarını təklif edib. Yaçenyuk Kliçko kimi qoluzorlu olmasa da görünür bir azca başızorludur.Hələlik naz-qoz edirlər. Həm də ona görə ki, əvəzində "Maydan"ı boşaltmalıdırlar. Amma "Maydan"da yalnız səhnə onların ixtiyarındadır. Qalan bütün məsələlər digər qüvvələr tərəfindən idarə olunur. Kimdir onların sözü ilə meydanı boşaldan? Bunu özləri də etiraf edir. Bu isə bu "hərəkatda" Almaniya kansleri Angela (tərcüməsi: "mələk", amma hansı mələk?) Merkeldən tutmuş ABŞ dövlət katibi Con Kerriyə qədər çoxlarının barmağı olduğunu sübuta yetirir. Bu Con Kerri çoxlarında məşhur komik Cim Kerrinin assosiasiyasını doğurur. Adam bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrova nümayişkəranə şəkildə iki uzun kartof bağışladı. Əvəzində ondan papaq hədiyyəsini aldı. Yəni ki, "Coni, sənin başına soyuq dəyib, ala bunu, başını soyuqdan qoru!"

Əsil ukraynalıların divarlarından saz asılmasa  da, bizimkilərlə onların arası həmişə saz olub. Nöşün ki, bu xalqın qanında türk qanının elementləri çoxdur. Adam həm də buna görə Ukraynanın təəssübünü çəkir. Özlərini azad hiss etmə meyilləri də buradan qaynaqlanmış ola bilər. IX əsrə kimi  Xəzər xaqanlığının bir parçası olublar. Sonralar Polşa knyazlığı bu əraziləri zəbt edib. Amma XVI əsrdə Zaporojiya bölgəsində türk qanlı xalq birlikləri birləşib və özlərinə kazak deməyə başlayıblar. Bu sözün qədim türk etimalogiyası elə üzdən də aydındır... kazak...kazax, qazax... 1648-ci ildə Boqdan ( Bağdan...) Xmelnitskinin rəhbərliyi ilə bu kazak döyüşçülər işğalçı polşalıları  çıxdıqları yerə - Polşaya qədər qovdular və ilk Ukrayna dövləti sayılan Kazak Atamanlığını yaratdılar. "Ataman" sözünün də əsil türk mənası üzündədir: "ataman"- "ata mən"- yəni  "böyük mənəm"! Bunu yalnız əsil türk deyə bilərdi. Lakin xristianlaşmış bu əski türklərdə Vətənçilik hissi,  əski Bizans və Roma kilsələrinin təzyiqi altında  Osmanlı imperiyasına qarşı ədavətlə əvəzləndi və arada dərin uçurumlar yarandı. Sonralar münasibətlər düzəlmişdi. Hətta bolşevik istilasından baş götürüb mühacirət edən ukraynalıların əksəriyyəti məhz Türkiyəyə pənah gətirmişdilər. Həm XX əsrin Sovetlər dönəmində, həm də XXI əsrin müstəqillik illərində etnik xalqlar Rusiyaya üz tutsa da, əsil Azərbaycan türkləri daha çox Ukraynaya getməyə, orada biznes qurmağa, təhsil almağa, işləməyə üstünlük verdilər. Xalqlarımızın arasındakı bu isti münasibətin qədim köklərini danmaq mümkün deyil. 1-ci Qarabağ savaşı zamanı ruslar ermənilərə yardım etdikləri halda ukraynalılar bizə dəstək verdilər. Bunun özü də bu xalqın intellekt və ədalət göstəricisi sayıla bilər. "Ukrayna"..."o kraina" əski slavyancadan "sərhəd ölkəsi" mənasını verir. Bunu Rusiyanın sərhəd əraziləri kimi də başa düşmək olar. Elə Böyük Rusiya məhz 862-ci ildə yaradılmış Kiyev  knyazlığının sayəsində formalaşmış və Şərqə doğru genişlənmişdir.  Amma son 20 ildə indiki Ukraynada  baş verən qarma-qarışıq hadisələrə münasibətdə Rusiya özünü heç də slavyan qardaş və özünün qədim Vətəni kimi aparmır. Bir yandan da qərblilər bütün digər ölkələrdə olduğu kimi slavyan xalqları arasında da məharətlə ədavət toxumları səpməkdədirlər. Bolşeviklərin hakimiyyətə gəlməsi naminə I Dünya müharibəsi zamanı Almaniyaya satılmış  Vladimir Lenin  hakimiyyəti ələ aldıqdan sonra 1918 -ci ildə  biabırçı Brest sülh müqaviləsini imzaladı və Ukraynanın böyük ərazisini Almaniyaya güzəştə getdi. Ən azından həm də ona görə ki, Leninin anası  alman kökənli yəhudi Aleksandr  Dmitriyeviç Blankın (xristianlığı qəbul etməzdən əvvəl İzrail Moyşeviç Blank)  qızı idi. Yəhudilərdə isə nəsil davamlılığı ana ilə götürülür. Bu mənada Leninin xəyanəti yalnız II Dünya Müharibəsinin nəticəsi olaraq aradan qaldırıldı. Lakin indiki Rusiya hakimiyyətində də yəhudi və erməni kökənlilərin üstünlük təşkil etdiyini nəzərə aldıqda Ukraynanın  hazırki qarışıq və təhlükəli vəziyyətinə Rusiyanın loyal münasibət göstərməsi başa düşüləndir. Əslində ABŞ və Almaniya Ukraynada məhz Rusiya əleyhinə açıq müharibə aparır.  Qərbin şimali Afrikadan Şərqə - İrana, Türkiyə, Qafqaz, Rusiya, Asiya və Çinə doğru irəliləyişinin qarşısı məhz İran və Rusiyanın Suriyada məcburi dirənişi sayəsində alınmışdır. Bu işdə Rusiya Vətənpərvərləri iqtidara ciddi təzyiqlər göstərə bildilər. Sanki onun narıncı inqilablarının qarşısı alındığı üçün, indi Qərb də  Rusiyadan intiqam almağa və birbaşa onun ürəyinə - Kiyev-rus knyazlığına zərbə vurmağa çalışır.  Təəssüf ki, rus millətçi qüvvələri yalnız qafqazlılara və Orta Asiyalılara qarşı radikal və irqçi mövqe sərgiləməklə ölkənin diqqətini əsas problemdən yayındırmaqdadırlar. Guya ki, Rusiyanı çökdürən qafqazlılar və Orta Asiya türkləridir. Ölkə isə yəhudilərin və onların sol əlinin törəməsi olan vəhhabilərin (sələfilərin) məkrli planlarına hədəfdir. Rusiyanın süqutu Ukraynanın itirilməsi ilə başlana bilər. Rus ayısının aşırılması nəticəsində altında çoxları qalacaq, digər xalqları və ölkələri daha asanlıqla çökdürəcəklər.  İş-işdən keçdikdən sonra tumanbağısını möhkəm bağlamağa çalışan bir heyvərə qoca timsallı rus ziyalılığı isə indi çox zəif və dişsizdir. Heç nahaq yerə Putini ("put-in"- yolçu) yolsuz, Rusiyanı isə təzadlar ölkəsi adlandırmırlar. Burada nə daxili, nə də xarici siyasətdə ardıcıllıq hiss olunmur. ABŞ əslində siyasi  həyasızlarının mərkəzi olduğu üçün orada başa ağıl yox, fırıldaq və həyasızlıq toplamaq dəbdədir. Rus ayısı hələ ki özünü xacəsayağı aparmaqdadır. Rusiya həddən ziyadə loyallıq göstərirkən birdən birə ondan ifrat radikallıq da görmək olar. Və ya bu radikallıqdan sonra qəflətən loyallıq başlana bilər. Bunu İraq, Əfqanıstan, Gürcüstan, İran,.. siyasətində aydınca görmək mümkün oldu. Lakin Ukrayna Rusiya və Belarusiya üçün nə İran, nə də Əfqanıstan deyil. Söhbət slavyan qardaşlığından gedir. Qərbin yaratdığı qondarma müxalifət qüvvələri artıq ölkənin Lvov, Rovno, Ternopol, İvano-Frankovsk şəhərlərində silah yolu ilə hakimiyyəti devirmiş, paytaxt Kiyevdə isə nazirlikləri ələ keçirtməkdədir. Kiyevin mərkəzi meydanı heç nahaq yerə "Yevro-maydan" adlanmır. "Maydan" qeyd etdiyimiz qədim türk kökənli "meydan" sözündən alınmadır. Amma burada əsas diqqət "Yevro" (yəni, "avro") ifadəsinə yönəlməlidir. Bu ifadə Qərbi Avropanın təsirinin və bu hadisələrdə diqtə edən tərəf olmasının göstəricisidir. Ukrayna prezidenti V. Yanukoviç və baş nazir Nikolay Azarov Qərb ölkələrinə yalvarırmış kimi problemin sülh yolu ilə həll edilməsində kömək istəməkdədirlər. Lakin onlar unudur ki, ATƏT-in Minsk qrupu ötən 22 il ərzində Dağlıq Qarabağ problemini sülh yolu ilə həll edə bilmədiyi halda indi qısa vaxt ərzində Ukraynanın problemini necə həll edəcək? Və ümumiyyətlə, həll etmək istəyəcəkmi? Axı bütün bu cür problemləri yaradan da elə Qərbin özüdür. Kiyevin küçələrində "dinc nümayişçilər"  polisin  və xüsusi təyinatlıların üzərinə "molotov kokteyli" yağdırmaqda, daş və snayper güllələrindən istifadə etmək-dədirlər. Ukrayna hakimiyyəti sülh yolu axtararaq dözməkdə, Rusiya isə acizanə səbir etməkdədir. Kiyevdə komendat saatının tədbiq olunması və ordunun dövləti qorumaq naminə hərəkətə keçməsi özünə çoxdan haqq qazandırmışdır. Lakin bu "demokratiya" dürtməyi hamının boğazına tıxanmışdır. Guya ki, bu halda Avropa  Ukraynanı qınayacaqdır. Əslində bütün hallarda Avropa Ukraynaya qarşı düşmən mövqedədir. Guya ki, Ukraynanı Avropa Birliyinə qəbul edəcəkdilər, amma hazırki iqtidar razı olmadı. Halbuki, buna çoxdan hazır olan və can atan qüdrətli Türkiyəni hələ də çərlədir, AB-ə qəbul etmirlər. Hər iki halda məqsəd Ukraynanı Rusiyadan ayırmaq, hər üç slavyan dövlətini təkləyib ram etməkdən ibarətdir. Və bu hadisələrin Soçi Olimpiyası ərəfəsində baş tutması da heç təsadüfi deyil. Guya Rusiya öz slavyan qardaşına köməyə gedərsə Olimpiyanın baykot ediləcəyi təhlükəsi yaranacaqdır. Olimpiyanın böyük uğurla keçirilməsi heç də Rusiya və Ukraynanın taleyindən daha mühüm ola bilməz. 1980-cı il Moskva Olimpiyasını da Qərb dövlətləri Çili hadisələrinə  görə baykot etmişdilər. Olimpiya o zaman keçirilmədimi?  Kiyev də "müxalifət"  artıq bütün körpüləri yandırdığını anlayır. Qarşıda hakimiyyəti zorlada olsa ələ keçirtmək yoxdursa, bütün törədilənlərə görə cavab vermək var. Qaliblər isə mühakimə olunmur. Qalibin Ukrayna olmayacağı indidən aydındır. Əfqanıstan, İraq, Əlcəzair, Liviya, Misir, Suriya,.. qalib sayılırmı? Bu ölkələrin xalqları özlərini ən yaxşı halda yağışdan çıxıb yağmura düşmüş kimi hiss edirlər. Bəs Ukrayna xalqı?..  Bu gün Qərb onları xaxol hesab edərək meydanlara tökür. Sabah Ukrayna ziyalılığı öz sözünü deməyə qalxanda çoxlarının xəcalət çəkəcəyi indidən məlumdur. Bəs bu yoldan dönüş yoxdurmu? Rusiya bu dönüşü ən pis halda özünün ayı pəncəsi ilə sübut edə bilər. Əks halda öldürüləcək ayının dərisinə müştəri çıxanlar az olmayacaq.

Ukraynanın taleyi Rusiyaya qalıbsa, Rusiyanın da işi Allaha qalıb!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00