“İran Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışır”

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri xanım Mərziyyə Əfxəm yerli mətbuata açıqlamasında Ermənistan-Azərbaycan sərhədində baş verən gərgin proseslərə münasibət bildirib. M.Əfxəm tərəflər arasında tezliklə sülhün yenidən bərqərar olacağına ümid etdiyini deyib. XİN rəsmisi qeyd edib ki, İran Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsində maraqlıdır: "İran həmişə məsələnin bu istiqamətdə həllinə çalışır və heç bir köməyi əsirgəmir. Lakin hal-hazırda Ermənistan-Azərbaycan sərhədində baş verən gərgin proseslərin həcmi çox kiçikdir. Vəziyyətin tezliklə normal məcraya dönəcəyinə inanırıq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00