Azərbaycan tərəfinə keçən erməni qışda “üzüm yığmağa” gedirmiş

Ermənistandan Azərbaycan tərəfinə keçən 77 yaşlı, Tavus əyalətinin Verin Karmiraqbyur kənd sakini Mamikon Xajoyan barədə kənd bələdiyyəsinin sədri Kamo Çobanyan maraqlı iddialarla çıxış edib. K.Çobanyan Xajoyanın ruhu xəstə olduğunu iddia edib. Bələdiyyə sədri erməni mətbuatına açıqlamasında bildirib ki, Xajoyan ruhi-əsəb dispanserində qeydiyyatdadır: "Günorta vaxtı kəndlilər onu əlində səbətlə görüblər və "Mamikon, hara gedirsən?" deyə soruşublar. Mamokon "Üzüm yığmağa gedirəm" deyib. "Qışın günündə nə üzümü?" deyə soruşublar. Üzüm bağları kənddən 8 km. uzaqlıqdadır. Beləcə kənddən uzaqlaşaraq Azərbaycana keçib". Qeyd edək ki, Xajoyan yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kənd sakinləri tərəfindən sərhədi keçərkən saxlanılıb və azərbaycanlı əsgərlərə təhvil verilib. Aparılan araşdırmalardan sonra məlum olub ki, Ermənistan vətəndaşı Mamikon Xajoyan ruhi xəstə yox, erməni təxribat qrupunun üzvüdür. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00