Qənirə Paşayeva AŞPA-da Xocalı soyqırımından danışıb

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Xocalı Soyqırımından danışıb və Ermənistan nümayəndə heyətinə sərt cavab verib. "OLAYLAR"-ın məlumatına görə, çıxışı zamanı Qənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq etməyə çağırıb. Bildirib ki, rasizmin, nifrət duyğularının, tolerentsızlığın artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və Assambleya daha çox işlər görməlidir: "Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Rasizm və tolerantsızlığın yaxın tariximizdə nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim ki, məhz Ermənistan dövlətinin apardığı siyasət, bu ölkədə təhsil və kütləvi informasi vasitələri ilə siyasətçilərin gənc nəsillərdə azərbaycanlılara qarşı yaratdıqları rasizm, nifrət və tolerantsızlığın nəticəsi idi ki, 1988-ci ildə Ermənistan dövləti etnik təmizləmə siyasəti apararaq 100 minlərlə azərbaycanlını Ermənistandan, öz ata-bsbs torpaqlarından zorla, əziyyət edilərək qovaraq qaçqın həyatı yaşamağa məhkum etdilər. Bundan sonra isə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli soyqırım həyata keçirdirlər". Xocalı Soyqırımından danışan millət vəkili Qənirə Paşayeva deyib ki, AŞPA bu cür insan haqları pozuntusuna susmamalıdır. Millət vəkili Assamleyada Azərbaycan və Azərbaycan prezidenti haqqında yalan məlumatlar verən və böhtan dolu çıxış edən Ermənistan nümayəndə heyəti üzvlərinə çıxışı zamanı sərt cavab verib: "Ermənistan nümayəndə heyəti öz ölkəsində rəsmi İrəvandan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edən 1416 saylı AŞPA qətnaməsinin yerinə yetirilməsinə çalışmaqdansa Avropa Şurası millət vəkillərinə doğru olmayan məlumatlar verir, böhtan çıxışlar edirlər. Biz az əvvəl çıxış edən Ermənistan millət vəkili Zöhrabyan Azərbaycanla bağlı, xüsusilə Azərbaycan prezidenti ilə bağlı tamamilə yalanlanlarla dolu fikirlər səsləndirdi ki, sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00