ADP Ermənitanın cəzalandırılması üçün beynəlxalq təşkilatlara çağırış etdi

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi məsələlər müzakirə edilib. İdarə Heyəti ilk növbədə son günlər Ermənistan silahlı qüvvələri tərəfindən elan olunmuş atəşkəs rejiminin ardıcıl şəkildə pozulması nəticəsində ordumuzda baş verən itkilərdən ciddi narahat olduğunu bildirib. Qarabağ probleminin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinin baş verən hadisələr fonunda səssizlik nümayiş etdirməsinə diqqət çəkən partiya yetkililəri münaqişənin daha da dərinləşməsinə xidmət edən bu intensiv hücumların arxasında Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması yolunda başlıca əngəl olan Rusiya faktorunun durduğunu qeyd edib. Partiya beynəlxalq təşkilatları erməni təcavüzkarlığından irəli gələn hərbi hucumlara son qoymaq üçün təsirli tədbirlər görməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00