Ukraynanın parçalanması təhlükəsi yaranıb
Elxan Şahinoğlu: “Avrointeqrasiya tələbi ilə başlayan dinc mitinq və küçə yürüşləri tədricən radikal elementlərin nəzarətinə keçib”
28 Yanvar 2014 13:00 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Ukraynada polis və xalq qarşıdurmasına münasibət bildirib. E.Şahioğlu hesab edir ki, Ukraynada hadisələr cığırından çıxıb və bu günki olayların demokratiya ilə əlaqəsi yoxdur. Politoloq hesab edir ki, Avrointeqrasiya tələbi ilə başlayan dinc mitinq və küçə yürüşləri tədricən radikal elementlərin nəzarətinə keçib: "Radikallar müxalifət liderlərini belə eşitmirlər. Ukrayna prezidenti Viktor Yanukoviçi bəyənməyə bilərik, ancaq icra orqanlarının ələ keçirilməsinin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu anarxiyadır. Ukraynanın vətəndaş müharibəsinə sürüklənməsi və beləcə parçalanması təhlükəsi yaranıb". ("OLAYLAR" İA)