Millət vəkilindən AŞ Nazirlər Komitəsinin sədrinə çağırış

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Assambleya üzvləri qarşısında çıxış edən Avropa Şurası Nazirlər Komitəsinin sədri S.Kunts çıxışından sonra millət vəkillərinin suallarını cavablandırıb. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bir neçə gün əvvəl millət vəkili seçildiyi Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq kənd sakini, 38 yaşlı Ruhiyyə Hüseynovanı atəşə tutmaları və onun ciddi yaralanması barədə məlumat verdikdən sonra bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin sivil, dinc insanlara qarşı tez-tez belə addımlar atır. Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinin sədrini Ermənistanın snayperlərlə hədəfə aldığı azərbaycanlıların taleyinə biganə yanaşmamağa çağırıb. Azərbaycan nümayəndə heyətin üzvü Qənirə Paşayevanın sualına cavab verən Avropa Şurası Nazirlər Komitəsinin sədri S.Kunts deyib ki, təşkilat bu məsələni ciddi şəkildə nəzərdən keçirir və vəziyyəti diqqətdə saxlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00