Atəşkəs məqsədli şəkildə pozulur

"Azərbaycanla sərhəddə atəşkəsin pozulması adətən 2 halda baş verir, ya sərhəddə olan hərbçilərin təşəbbüsləri, ya da hansısa siyasi məqsəd naminə təşkil olunur". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev "OLAYLAR"-a bildirib ki, Ermənistan tərəfinin məhz siyasi məqsədlə atəşkəsi pozması faktları çoxluq təşkil edir: "Bu məqsədlər müxtəlif hədəflərə istiqamətlənə bilər. Zaman-zaman Ermənistandakı gərgin daxili siyasi vəziyyəti yumşaltmaq üçün diqqət təmas xəttinə yönəldilib. Eyni zamanda regional siyasi proseslerin gedişində də kiminsə, hansısa dövlətin maraqlarına uyğün olaraq bu addımı ata bilərlər. İstənilən halda Ermənistan hakimiyyəti atəşkəs pozuntusunu məqsədli edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00