“Azərbaycan müxalifətinin inqilab etməsi mümkün deyil” - AÇIQLAMA

Qabil Hüsyenli: “Daxildəki gərginlik və qarşıdurmalara görə, müxalifətin fəallaşması və aktiv mövqe tutması çətin məsələdir”

Politoloq Qabil Hüseynli Azərbaycanda inqilabların başlayacağı ilə bağlı yayılan gizli səs yazısına münasibət bildirib. Q.Hüseynli qeyd edib ki, Azərbaycanda inqilab etmək üçün müxalifət olduqca zəifdir. Politoloq hesab edir ki, Azərbaycan müxalifətinin Ukrayna müxalifəti kimi aktivləşməsi mümkün deyil. Müxalifətin daxilində baş verən hesablaşmaları başa çatdıra bilmədiyini deyən Q.Hüseynlinin sözlərinə görə, müxalif cəbhə ilə bağlı yeni-yeni problemlər ortaya çıxır. Politoloq onu da vurğuladı ki, daxildəki gərginlik və qarşıdurmalara görə, müxalifətin fəallaşması və aktiv mövqe tutması çətin məsələdir. Lent yazısında Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlanacağı ilə bağlı məsələyə toxunan Qabil Hüseynli əlavə etdi ki, Ukraynada baş verən inqilabı proseslərin Azərbaycanda baş verməsi mümkün deyil: "Bir çox faktorlar var ki, Azərbaycanda inqilabın başlanmasını mümkünsüz edir. Ukrayna iqtisadi cəhətdən o qədər də inkişaf etməyib. İqtidarın idarəçilik problemləri var, xalqın maddi vəziyyəti ağırdır. İdarəçilik sistemində böyük nöqsanlar nəzərə çarpır. Ukraynada mövcud olan bu vəziyyət Azərbaycanda yoxdur. Ona görə də Ukraynada baş verən proseslərin Azərbaycanda təkrarlanması qeyri-mümkün olan məsələdir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00