Dubay mətbuatı Azərbaycandan yazdı

Dubayın ən nüfuzlu ingilisdilli "Gulf News" qəzetində Azərbaycan haqqında məqalə dərc edilib. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun "OLAYLAR"-a verdiyi xəbərə görə,  "Azərbaycan diasporu "Qara Yanvar"i yad edir" baṣlıqlı məqalədə Sovet qoşunlarının 1990 ilin 20 yanvarında paytaxt Bakı şəhərində mülki insanlara qarṣı törətdikləri "Qara yanvar" qətliamından bəhs edilir.  Bildirilir ki, BƏƏ-dəki Azərbaycan diasporu da bu faciənin ildönümünü qeyd edib.  Keçirilən tədbirdə cəmiyyət sədri Samir Imanov bu münasibətlə bağlı çıxıṣında bildirib ki, 20 Yanvar tarixi həmişəlik bizim yaddaşımıza həkk olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00