Bəzi partiyalar çayxana psixologiyasından çıxa bilməyib
27 Yanvar 2014 12:14 Siyasət"Təəssüflər olsun ki, hələ də bəzi müxalifət partiyaları çayxana psixologiyasından çıxa bilməyiblər". Belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov "OLAYLAR"-a deyib ki, son günlər Milli Şura daxilində baş verən proseslər bir daha bunu sübuta yetirdi: "Dünənə qədər VİP-i Milli Şuranı tənqid etməkdə günahlandıranlar bu gün həmin qurumun xarici qüvvələrin təsir dairəsində olduğunu deyərək tərk edirlər. Bunun özü də onu göstərir ki, hələ də bəzi müxalifət partiyalarının, onların öndə gedən funksionerlərinin cərəyan edən siyasi proseslər barədə aydın təsəvvürləri yoxdur. Həmin siyasilər hələ də 1988-90-cı illərin çayxana psixologiyası ilə mübarizə aparırlar. Əgər buna mübarizə demək mümkündürsə".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00