“Əli Kərimlinin səsi yazılmış kaset hansı jurnalistdədir”

"Jurnalist Eldəniz Elgündə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli haqqında kaset var". "OLAYLAR"-ın xəbərinə görə,  bu barədə facebook səhifəsində status yazan BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı qeyd edib ki, kasetdə Əli Kərimlinin səsi yazılıb və  o, Əbülfəz Elçibəyin əleyhinə yazıların dərc edilməsi göstərişini verirmiş: "1999-cu ilin yayında jurnalist Eldəniz Elgün "P.S." qəzetini çap edirdi. Bu qəzet çoxlarının yadına gələr. Eldəniz Elgün  qəzetdə Əli Kərimlnin səs yazsısının stenoqramını çap etmişdi. Əli Kərimli jurnalistə Əbülfəz Elçibəyin əleyinə dərc edilən yazılar haqqında göstəriş verirdi. Kimin şübhəsi varsa, həmin qəzetin o dövrdə çıxan nömrələrini tapıb baxa bilər. Eldəniz Elgündən də soruşa bilərlər". Niyaməddin Orduxanlı bildirir ki, Əli Kərimli bütün imkanları ilə Əbülfəz Elçibəyin əleyhinə olub və bu bir tarixdir: "Bu gün Əli Kərimli Əbülfəz Elçibəyə etdiklərinin bədəlini ödəyir.  Həmin illərdə mən də AXCP Gənclər Komitəsində idim... Hamı kimi Əli Kərimlinin etdiklərini gözümlə görürdüm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00