Avropa Şurasının Azərbaycandakı Ofisi seminar keçirəcək
27 Yanvar 2014 11:58 SiyasətAvropa Şurasının Azərbaycandakı Ofisi, Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan "Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması" layihəsi çərçivəsində 4 fevral 2014-cü ildə Vəkillər və Hüquq Müdafiəçiləri üçün "Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunan əsassız və qəbuledilməyən ərizələrin sayının azaldılması məqsədilə, yaxşı əsaslandırılmış ərizələrin hazırlanması istiqamətində vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması" mövzusunda bir günlük seminar təşkil edəcək. Ofisdən "Olaylar"a verilən məlumata görə, seminarda əsasən Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən ərizələrdəki problemlər və daha yaxşı ərizələrin hazırlanması ilə bağlı praktik məsələlər müzakirə olunacaq və iştirakçılara, daha yaxşı ərizələrin hazırlanması istiqamətində müvafiq məlumatlar veriləcək. Seminarda ekspert qismində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev və Avropa Şurasının eksperti Konül Qasımova iştirak edəcəklər. Tədbirdə iştirak etmək arzusunda olan vəkillər və hüquq müdafiəçiləri, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix 28 yanvar 2014-cü ildir.