Əli Həsənov cəbhə bölgəsindəki atışmadan danışdı

Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Freedom House" və "Human Rights Watch" təşkilatlarının bu günlərdə Azərbaycanla bağlı yaydığı hesabatı şərh edib.

, PA-nın şöbə müdiri Ə.Həsənov Publika.Az-a açıqlamasında deyib: "Son 6-7 ildir ki, "Freedom House" və "Human Rights Watch" təşkilatları subyektiv mülahizələrini Azərbaycanın daxili inkişafı, vətəndaş cəmiyyəti quruculuğu və ictimai-siyasi münasibətləri ilə bağlı real həqiqət kimi təqdim etməyə çalışırlar. Dəfələrlə bu təşkilatların rəhbərlərinə Azərbaycanın rəsmi dairələri, qeyri-hökumət təşkilatları, siyasi partiya və mətbuat nümayəndələri öz etirazlarını bildiriblər və onları bu qərəzli yanaşmadan əl çəkməyə çağırıblar. Ancaq çox təəssüf edirik ki, həmin təşkilatlar bu siyasətlərini yenə də davam etdirirlər. Bu siyasət təkcə Azərbaycanın imicinə deyil, eyni zamanda həmin təşkilatların öz imiclərinə də ciddi xələl gətirir. Çünki insanlar real Azərbaycanla həmin təşkilatların təqdim etmək istədiyi  "Azərbaycan" arasındakı uyğunsuzluğu görəndən sonra onlara olmayan inam daha da itir.

Odur ki, biz hər iki təşkilatın sözügedən subyektiv mülahizələrini qərəzli yanaşma və müxtəlif  məqsədlər üçün Azərbaycan hakimiyyətinə və dövlətinə olan təzyiq kimi dəyərləndiririk. Biz indiyədək həmin təşkilatlara rəsmi müraciət ünvanladığımız kimi, yenə də müraciət edib onları doğru yola dəvət edəcəyik".

Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər cəbhə xəttində Ermənistan ordusunun atəşkəs rejimini mütəmadi olaraq pozmazı və bununla gərginlik yaratmasına münasibət bildirib.

Ə.Həsənov Publika.Az-a açıqlamasında cəbhə bölgəsində baş verənlərdən də danışıb:

"Çox təəssüf edirik ki, Ermənistan yenə də cəbhə xəttində gərginliyi davam etdirir. Əlbəttə ki, onların bununla bağlı öz məqsədləri var. Bu gərginliyi davam etdirmək bir tərəfdən Ermənistanın daxili siyasətinə hesablanıb.

Yəni, Ermənistan tərəfi bununla daxilində hakimiyyətdən narazılıqları və çıxışları bu formada ört-basdır etmək istəyir. Digər tərəfdən isə əsas məqam odur ki, son illər Ermənistana qarşı beynəlxalq təzyiqlər artıb. Ermənistanı qeyri-konstruktiv addımlardan çəkindirmək istiqamətində müəyyən təzyiqlər artıq ciddi xarakter alıb. Artıq Ermənistan öz işğalçılığını beynəlxalq aləmdə hər hansı formada gizlətməkdə çətinlik çəkir. Ona görə də Ermənistan tərəfi təmas xəttində bu cür gərginliklər yaratmaqla günahı Azərbaycanın üzərinə atmağa və Azərbaycanın guya müharibə ritorikasını təbliğ etməsini beynəlxalq aləmə çatdırmaq istəyir. Bununla da Ermənistan tərəfi beynəlxalq aləmin diqqətini real işğal faktından uzaqlaşdırmağa çalışır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00