Hollandiyada Xocalı faciəsinin qurbanları anılacaq
24 Yanvar 2014 16:54 SiyasətXarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq Xocalı soyqırımının növbəti ildönümünün keçirilməsi tədbirlərinə hazırlığa başlayıblar. Bu barədə "OLAYLAR"-a məlumat verən Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın deyib ki, Xocalı soyqırımının 22-ci ildönümü rəhbərlik etdiyi dərnək tərəfindən də qeyd ediləcək: "Bu məqsədlə fevralın 23-də dərnəyimizin təşkilatçılığı ilə anım tədbiri təşkil olunacaq. Əvvəlcə tədbir iştirakçıları Hollandiyada Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər. Sonra isə tədbir konfrans şəklində davam edəcək". İlhan Aşkın deyib ki, tədbir zamanı iştirakçılara ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən film və fotoşəkillər nümayiş olunacaq.