“Ukrayna hadisələrini Azərbaycana gətirmək istəyən qüvvələr var” - FİKİR

Elxan Süleymanov: “Bəzi QHT-lər öz fəaliyyətlərini Azərbaycanın mənfi imicinə xələlə gətirməklə qururlar”

"Hal-hazırda "Avronest"in fəaliyyətilə bağlı ciddi yenilik yoxdur. Təşkilat 2014-cü il fəaliyyətinə yanvarın 20-də İqtisadi Komitənin iclası ilə başlayıb. Azərbaycan nümayəndə heyəti həmin iclasda iştirak edib" - "Olaylar"ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov deyib. Azərbaycanın 2013-cü ildə yürütdüyü xarici siyasət məsələsinə toxunan Elxan Süleymanov bildirib ki, keçən il Azərbayacın xarici siyasətində böyük uğurlar olub. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də münasibət bildirən millət vəkili vurğulayıb ki, hal-hazırda problemin həllində heç bir irəliləyiş yoxdur: "Münaqişənin həllində dünya birliyindən çıxış yolu gözləmək sadəlövhlükdür. Beynəlxalq təşkilatlar və dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həll etmək istəmir". Bəzi QHT-lərin Azərbaycanın imicinə xələl gətirən fəaliyyət göstərdiyini deyən millət vəkili bildirib ki, həmin təşkilatlar kənar qüvvələrin sifarişlərini yerinə yetirirlər: "Bəzi QHT-lər öz fəaliyyətlərini Azərbaycanın mənfi imicinə xələlə gətirməklə qururlar. Onların aralarında bəzi siyasi partiyaların adları da var. Əgər biz Qarabağda itkin düşmüşlərin geri qayıtmasını istiyiriksə, onun müsbət imicini formalaşdırmağa çalışmalıyıq. Lakin Azərbaycan daxilində və xaricindəki bəzi qüvvələr Ukraynadakı hadisələri Azərbaycana gətirməyə cəhd edirlər. Biz Qarabağı geri qaytarmaq istəyiriksə, birləşməliyik, vəhdət olmalıyıq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00