Tanınmış kinorejissor VHP sədrinin müşaviri təyin olunub
24 Yanvar 2014 16:25 SiyasətVətəndaş Həmrəyliyi Partiyasında bir sıra yeni təyinatlar həyata keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a partiyanın mətbuat xidmətindən daxil olub. Məlumatda bildirilib ki, VHP sədrinin sərəncamına əsasən tanınmış kinorejissor Rövşən Almuradlı partiya sədrinin mədəniyyət məsələləri üzrə müşaviri təyin edilib. VHP sədrinin digər sərəncamı ilə Şəfəq Qulusoy partiyanın Ümumi Şöbəsinin müdiri təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00