Azərbaycan ordusu 7 ermənini məhv edib? - RƏSMİ AÇIQLAMA

"Müdafiə Nazirliyi 7 erməni əsgərinin məhv edilməsi ilə bağlı xəbərlərə heç bir şərh vermir" . Bunu "Axar.az"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O, kütləvi informasiya vasitələrinin nümayəndələrindən informasiyaları yalnız nazirliyin rəsmi saytından götürülməsini xahiş edib:
"Müdafiə Nazirliyi bu səpkili məlumatlara heç bir şərh vermir. Xəbəri alınan mənbədən dəqiqləşdirməyinizi xahiş edirik. Müdafiə Nazirliyinin məlumatları gün ərzində nazirliyin rəsmi www.mod.gov.az internet səhifəsində yerləşdirilir və kütləvi informasiya vasitələrinin nümayəndələrindən dəqiqləşdirilmiş informasiyaları bu səhifədən götürməsi xahiş olunur".
Qeyd edək ki, dünən gecə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə istinadən Azərbaycan Ordusunun Füzuli rayonunun Qorqan istiqamətində 3, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində isə 4 erməni hərbçisini məhv etməsi haqqında məlumat yayılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00