YAP maliyyə hesabatı verdi

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda YAP İdarə Heyətinin 2013-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2013-cü ilə dair illik statistik hesabat, partiyanın 2013-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib. Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov iclasın gündəliyində olan məsələlər barədə geniş çıxış edib. Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının hesabat dövrü ərzində 31 min 600 nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 620 min nəfəri keçib. İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Bildirilib ki, 2013-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 016 790 manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00