Azərbaycanlı millət vəkilinə Qazaxıstanın dövlət nişanı verilib

Milliyətçi Hərəkat Partiyasının Iqdırdan olan millət vəkili, əslən azərbaycanlı Sinan Oğana Qazaxıstanın ikinci dövlət nişanı sayılan Dostluq Onur Medalı təqdim edilib. "OLAYLAR"-ın xəbərinə görə, mükafat Sinan Oğana Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sərəncamı əsasında verilib. Bu məqsədlə Qazaxıstanın Türkiyədəki səfirliyində "Qazaxıstan - 2050 Strategiyası"nın təqdimatı keçirilib. Təqdimatdan sonra mükafatı millət vəkilinə  Qazaxıstan səfiri Canseyit Tüymebayev təqdim edib.

Qeyd edək ki, Sinan Oğan 2011-ci ildə də Qazaxıstan Respublikası tərəfindən "Qazaxıstan - Türkiyə Dostluq və Əməkdaşlıq Medalı "na  layiq görülmüşdü.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00