AXCP və Müsavat eyni səhvləri buraxıb
23 Yanvar 2014 16:23 Siyasət"Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat arasında baş verən qarşıdurmanı yoluna qoymaq üçün hansısa vasitəçiyə ehtiyac yoxdur". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev "OLAYLAR"-a təmsil etdiyi partuya da vasitəçilik barədə düşünmür: "Bu günə qədər baş verən hadisələrin nəticəsi olaraq belə qənaətə gəlmək olur ki, bu iki qüvvə heç də bir-birindən fərqli qüvvə deyil. Hər iki qüvvə demək olar ki, indiyə qədər eyni səhvləri buraxıb, eyni siyasəti aparıb və eyni taleyi yaşayırlar". Partiya rəsmisi deyib ki, artıq sular durulmalıdır: "Baş verən bu qarşıdurmanın ilk günlərindən təəssüf hissi keçirsəm də, indi bunun təbii olduğu qənaətindəyəm. Sular durulmalıdır ki, dibindəki daşlar görünsün".