Ad dəyişikliyi mahiyyəti dəyişməyəcək

“Məqsəd Milli Şura daxilində ziddiyyətləri ört-basdır etməkdir”

Milli Şuranın adının dəyişdirilməsi onun fəaliyyətinə heç bir müsbət təsir göstərməyəcək. Belə bir açıqlama ilə çıxış edən Azadlıq Partiyasının sədri Əhməd Oruc "OLAYLAR"-a deyib ki, hər hansı bir qurumun adının dəyişməsi onun mahiyyətini dəyişmir: "Ona görə də Milli Şuranın adını dəyişib nə ad qoysan da onun fəaliyyət istiqamətləri, mahiyyəti dəyişməyəcək". Əhməd Oruc bildirib ki, ad dəyişikliyi məsələsi Milli Şura daxilində baş verən ziddiyyətləri aradan qaldırmaq üçün ortaya atılmış bir bəhanədir: "Məqsəd həmin qurum daxilində baş verənləri ört-basdır etmək, diqqəti tamam başqa istiqamətə yönəltməkdir. Hesab edirəm ki, bunun da heç bir mənası olmayacaq. Çünki artıq cəmiyyət Milli Şurada reallıqda nəyin baş verdiyinin fərqindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00