“Rusiyada baş verəcək terrorlar xarici dövlətlərin layihəsidir” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Moskva terror aktlarına görə qisas almağa çalışacaq”
23 Yanvar 2014 16:13 Siyasət"Heç bir dövlət terrordan sığortalanmayıb. Rusiya artıq terror aktlarının tez-tez baş verdiyi dövlətlərdən biridir" - politoloq Cümşüd Nuriyev Rusiyada Soçi olimiyadasından qabaq baş verən terror xaosuna münasibət bildirərkən belə deyib. C.Nuriyev bildirdi ki, terror məsələsində Rusiya dini faktoru qabardır. Lakin bu xarici dövlətlərin marağında olan məsələdir. Politoloq hesab edir ki, həmin dövlətlər həm İslam dinini gözdən salmağa çalışırlar, həm də Rusiyadan heyf çıxmaq niyyətini güdürlər. Bu işdə daha çox müsəlmanlardan istifadə edilməsindən təəssüfləndiyini deyən C.Nuriyevin sözlərinə görə, bu həm də Vatikan kilsəsinin layihəsini həyata keçirməyə xidmət edir: "Gənc müsəlmanları öldürməklə yeni nəslin formalaşmasının qarşısını alırlar. Belə bir bəyanatı "əl-Qaidə" qruplaşmalarından biri artıq səsləndirib. Rusiyada baş verəcək olimpiyadadan qabaq yaranmış xaosla bağlı Avropa dövlətlərinin nüfuzlu idman saytlarında kifayət qədər məlumatlar yerləşdirilib. Qərbi Avropa dövlətləri, o cümlədən İtaliya, Macarıstan, İsveçrə verdikləri bəyanatlarda Rusiyaya gəlməkdə ehtiyat etdiklərini bildirirlər. Məqsəd Rusiyaya ziyan vurmaqdan ibarətdir. Rusiyada olimipyadan keçirilməsi vaxtı terror aktlarının baş verməsi ehtimalı yüksəkdir. Amma Rusiya baş vermiş terror aktlarına görə qisas almağa çalışacaq. Qisasın hansı dövlətdən alınacağı isə bəlli deyil. Bütün hallarda burada insan ölümləri baş verəcək. Bu isə heç də təqdir olunası məsələ deyil. Belə bir niyyət bölgəni qarışdırmağa xidmət edir. Terrorun olması aruzolunan deyil. Amma çox təəssüf ki, belə bir ehtimal olduqca yüksəkdir". ("OLAYLAR" İA)