“Kiyevdə baş verənlər Ukraynanın nüfuzuna xələl gətirir”
Rasim Musabəyov: “Müxalifət polisə “Molotov kokteyli” atmamalıdır”
23 Yanvar 2014 11:43 SiyasətMüxalifət partiyaları, o cümlədən "Barkivşina", UDAR, "Svoboda" partiyaları, həmçinin parlamentin fraksiyalardan kənar deputatları Ukraynanın Xalq Radasını elan ediblər. Ukrayna Ali Radasının deputatı Andrey Pışnıyin yayılan xəbərləri təsdiq edib. Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyov bildirdi ki, Ukrayna müxalifətinin qisas üçün hökumətə qarşı atdığı addım təqdir edilə bilməz. R.Musabəyov hesab edir ki, müxalifət tamamilə yalnış qərar qəbul edib: "Ukrayna Parlamenti demokratik şərait də formalaşıb. Alternativ Ali Radan yaradılması, parlamentə seçilmiş deputatların lehitimliyini qeyriləşdirməkdir. Müxalifətin bu addımı heç də yaxşıya əlamət deyil. Tamamilə səhv addımdır". Rasim Musabəyov xüsusi təyinatlı polis qüvvələri ilə xalq arasında baş verən qarşıdurmalara da toxunub və qeyd edib ki, "Berkut"la xalq arasında yaşanan qarşıdurma Ukraynanın nüfuzuna xələl gətirir: "Vəziyyət bu yerə çatdırılmamlı idi. İnsanlar müəyyən məsələlərə görə, polis qüvvələrinə "Molotov kokteyli" kimi partladıcı maddələr atmamalıdırlar. Polisin müdaxiləsinə qarşı atılan alternativ addımlar tamamilə səhvdir. Ukrayna xalqı dövlətin imicinə zərbə vuracaq bu cür addımlardan geri çəkilməlidir". ("OLAYLAR" İA)