“Əsədin qondarma “soyqırım”ı tanıması ciddi hadisə deyil”
Elşən Mustafayev: “Rusiya əlini belindən çəkən kimi suriyalı diktator aşacaq”
22 Yanvar 2014 17:02 Siyasət"Bəşər Əsədin bu günədək qondarma "erməni soyqırımı"nı tanımamsı təəccüblüdür. Çünki Əsədin hansı siyasi istiqamətlə getdiyi əvvəlcədən bəllidir" - AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Suriya prezidenti Bəşər Əsədin qondarma "erməni soyqırımı"nı tanıması məsələsinə münasibət bildirərkən belə deyib. E.Mustafayev bildirib ki, suriyalı diktator Rusiyanın təzyiqi altında fəaliyyət göstərir. Bəşər Əsəd bu yolla Suriyada yaşayan etnik ermənilərin və ayrı-ayrı ölkələrdəki erməni lobbisinin dəstəyini qazanmağa çalışır. AMİP rəsmisi hesab edir ki, Əsəd nəinki qondarma "soyqırım", hətta ondan bundan başqa özünü biabır edən addımların atmasını gözləmək lazımdır: "Çünki Əsədi belindən tutub saxlayan Rusiyadır. Ruslar əllərini çəkən kimi Əsəd yıxılacaq. Ona görə də B.Əsədin qondarma "soyqırımı" tanıması ciddi hadisə deyil. Diktator bəzi məsələlərə görə manevr etməyə çalışır. Amma diktatorun niyyəti baş tutmayacaq. Rusiya da gedib Suriyada otursa belə, Əsəd tükənib. Lakin Rusiyanın Suriya siyasətində Qərbi udacağı inandırıcı deyil. Ona görə də Əsədin bütün qərarlarına ciddi yanaşmaq lazım deyil". ("OLAYLAR" İA)