“Partiyalar adına görə Milli Şuradan imtina edirlər”

Xəzər Teyyublu: “Mirmahmud Mirəlioğlu bütün bunları əsas gətirərək adın dəyişdirilməsini gündəmə gətirdi”

Milli Şuranın adının dəyişdirilməməsi məsələsinə görə KXCP-ın qurumdan çıxacağı barədə yayılan məlumatlara adı çəkilən partiyanın sədr müavini Xəzər Teyyublu aydınlıq gətirib. X.Teyyublu bildirib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. X.Teyyublu qeyd edib ki, sadəcə olaraq KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın adının dəyişdirilməsi təklifilə çıxış edib: "Mirəlioğlunun bu təklifi qurumun lehinə idi. Adın dəyişdirilməsi onun fəaliyyət istiqamətinin genişləndirilməsinə kömək ola bilərdi. Qurum üzvləri tərəfindən təklifin qəbul olunması daha yaxşı olardı. Partiyalar Milli Şuranın adına görə ora gəlmək istəmirlər. Ona görə də Mirmahmud Mirəlioğlu bütün bunları əsas gətirərək adın dəyişdirilməsini gündəmə gətirdi. Müxalifətin Milli Şuranın güclənməsinə ehtiyacı var. Narazı elektoratı buraya cəlb edilməsi işi aparılmalıdır. Amma bu istiqamətdə durğunluq var. Milli Şuranın indiki vəziyyətilə nəsə etmək mümkün deyil. Qurumun genişlənməsi müxalifət üçün arzuolunandır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00