“Sağlam olmayan rəqabət cəmiyyətdə ciddi fəsadlar verir”
22 Yanvar 2014 16:03 Siyasət"Hər halda müxalifətin birliyinə və inteqrasiyasın xidmət edən bütün təşəbbüslər müsbət qarşılanmalıdır". Bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a Milli Şuranın sədri Cəmil Həsənlinin müxalifətin forumu keçirilməsi təşəbbüsünə münasibət bildirərkən səsləndirib. O, deyib ki, müxalifət daxilində sağlam olmayan rəqabət və çəkişmələr cəmiyyətdə ciddi fəsadlar verməkdədir: "Ona görə də hesab edirəm ki, münasibətlərin aydınlaşdırılması, narazılıqlar eləcə də bəzi neqtiv halların aradan qaldırılması masa ətrafında həll eilməlidir. Ən azından müzakirəyə çıxarılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00