Deputatımız Avropa Şurasının tədbirinə qatılacaq

Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurası Genişləndirilmiş İdman Sazişi üzrə qurumunun İdarə heyətinin iclasında iştirak etmək üçün yanvarın 22-dən 25-dək Fransada səfərdə olacaq. Bu barədə MM-dən "OLAYLAR"a verilən məlumata görə, qurumun Strasburq şəhərində keçiriləcək toplantısında cari məsələlərə baxılacaq, Avropa Şurasına üzv ölkələrdə idman sahəsindəki yeniliklərdən danışılacaq. Deputatımız müzakirələrdə fəal iştirak edəcək, toplantı iştirakçılarına 2015-ci ildə Azərbaycanda keçiriləcək I Olimpiya oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumat verəcək, Azərbaycan idmançılarının uğurlarından söhbət açacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00