AXCP sədrinin müavini “Yeni Müsavat”ı sərt ittiham etdi
Nurəddin Məmmədli: “Ritorika bu cür davam etdirilsə, sərçə ovlamağa davam edəcəyik”
22 Yanvar 2014 15:15 Siyasət"OLAYLAR"ın məlumatına görə, AXCP sədrinin müavini Nurəddin Məmmədli "Yeni Müsavat" qəzetində təmsil etdiyi partiya ilə əlaqədar gedən məlumatlara münasibət bildirib. N.Məmmədli bildirir ki, AXCP-in Müsavat Partiyası ilə Milli Şura ətrafında baş verən gərgin proseslərin düzgün məcraya istiqamətlənməsi üçün atdığı addımlara "Yeni Müsavat" qəzeti aqressiv tonda reaksiya verib: "Müsavat iddia edir ki, guya AXCP bu mübarizədə qorxduğu üçün geri çəkilib. Xalq Cəbhəsinin atdığı addım qarşımızda aktual vəzifələrimizin olması ilə əlaqədardır. "Yeni Müsavat" bu cür ritorikanı davam etdirsə sərçə ovlamaqda davam edəcəyik". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00