“Suriya müharibəsi kənar dövlətlər tərəfindən uzadılır” - MÜNASİBƏT
Elxan Mehdiyev: “İndiyədək Əsədin hakimiyyətdə qalmasını təkidlə istəyən qüvvələr də buna qarşı gələ bilməyəcəklər”
22 Yanvar 2014 15:15 Siyasət"Sülh və Münaqişələrin Həlli" Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev Suriyada davam edən vətəndaş müharibəsinə bəzi dövlətlərin ikili standartlarla yanaşması məsələsinə münasibət bildirib. E.Mehdiyev qeyd edib ki, Suriyada baş verən gərgin proseslərə dünya ictimaiyyəti tərəfindən reaksiya var. Politoloq hesab edir ki, müəyyən müddət həmin reaksiya düzgün istiqamətdə verilirdi. Vaxtilə Suriyaya hərbi müdaxilənin edilməsi məsələsinin gündəmə gətirildiyini deyən E.Mehdiyevin sözlərinə görə, lakin Rusiya kimyəvi silah məsələsini ortaya qoydu: "Bütün fikirlər bundan sonra Əsəd rejiminin kimyəvi silahlarının məhv edilməsinə yönəldi. Bəşər Əsəd rejimi də bundan istifadə edərək Suriyaya nəzarəti tamamilə ələ keçirməyə çalışdı. Hamıya bəlli idi ki, Əsəd müxalif qüvvələru işgəncələrlə aradan qaldırmaq siyasəti yürüdür. Son günlərdə daha dəhşətli işkəncə faktlarının ortaya çıxarılması Bəşər Əsədin kitabını birdəfəlik bağlayacaq. İndiyədək Əsədin hakimiyyətdə qalmasını təkidlə istəyən qüvvələr də buna qarşı gələ bilməyəcəklər. Həmin güclər Bəşər Əsədin qatil kimi məhkəməyə çıxmasına etiraz edirlər. Artıq diktatorun hakimiyyət başında oturmağa heç bir legitim haqqı yoxdur. Çünki B.Əsəd ölkəsini prezident kimi yox, qatil kimi idarə edir". Suriyada davam edən müharibənin davam etməsində maraqlı qüvvələrin olması amilinə toxunan Elxan Mehdiyev vurğulayıb ki, belə qüvvələrin olmasını demək çətindir. Politoloq hesab edir ki, belə bir qüvvələrin olması mümkündür: "Suriya müharibəsinin müəyyən gedişlərlə qurtarma vaxtını uzadan dövlətlər var. ("OLAYLAR" İA)