MDHP bəzi təşkilatları plagiatlıqda ittiham edir
22 Yanvar 2014 15:12 SiyasətMilli Dirçəliş Hərəkatı Partiyası son vaxtlar partiya sədri Fərəc Quliyevə qarşı olan əsassız ittihamlarla bağlı etiraz bəyanatı yayıb. Partiyadan "OLAYLAR"-a daxil olan bəyanatda bildirilir ki, son prezident seçkilərindən sonra MDHP və partiyanın sədri Fərəc Quliyevə qarşı hücumlar başlayıb. Ehtimal olunur ki, bu, prezident seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi olan Fərəc Quliyevin seçki prosesində milli demokratik düşərgənin namizədinə çevrilməsi ilə bağlıdır: "Azərbaycandakı milli demokratik düşərgənin güclənməsindən narahatlıq keçirən xarici qüvvələr və onların ölkəmizdəki əlaltıları bütün rıçaqları ilə hərəkətə keçiblər". Bəyanatda o da qeyd edilir ki, son günlər isə MDHP-yə qarşı ideologiya plagiatlığına start verilib. Partiyanın ideoloji xəttini və partiya sədri Fərəc Quliyevin seçkilərdə ortaya qoyduğu konsepsiyalar başqa təşkilatların adından ictimaiyyətə təqdim olunur.