Konqresmendən Xocalı bəyanatı
22 Yanvar 2014 14:46 SiyasətABŞ Konqresinin üzvü Madelin Bordallo 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verib.
Faciələrin ətraflı təhlilini verən Konqres üzvü Azərbaycanın strateji əhəmiyyətli bir regionda ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb. O, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00