“Həminn vaxtdan Milli Şura olmayacaq“ - AÇIQLAMA

"Əgər Milli Şurada hansısa partiyanın - o partiya KXCP-də ola bilər - üstünlüyü olacaqsa, deməli Milli Şura həmin vaxtdan olmayacaq. Hazırda belə bir stiuasiyanı müşahidə etməmişəm. Nəsə xoşagəlməz stiuasiya olacaqsa, mövqeyimizi də qəti şəkildə ortaya qoyacağıq". Bunu  Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın AXCP -nin inhisarında olmasına dair deyilənlərə münasibət bildirərkən qeyd edib. KXCP sədri bildirib ki, Milli Şuranın növbəti tədbirinin nə vaxt və harada keçiriləcəyinə dair onda məlumat yoxdur.

M.Mirəlioğlu "Müsavat Partiyasının iştirak etmədiyi birliyin perspektivi yoxdur" şəkilində yayılan fikirlərə də münasibət bildirdi: "Azərbaycanda kimsə özünü ana, ata müxalifət adlandıra bilər. Bu, subyektiv yanaşmadır. Müxalifətdə olan hər bir partiya özünü güclü hesab edir. Bu mənada "Müsavat Partiyasının iştirak etmədiyi birliyin perspektivi yoxdur" kimi fikirlər obyektivlikdən uzaqdır. Buna münasibət bildirmək belə istəmirəm". Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00