“Atəşkəsin tez-tez pozulması silahlı qarşıdurmaya çevrilə bilər” - MÜNASİBƏT
Zahid Oruc: “Azərbaycanı hərbi texnoloji avadanlıqların alınmasına vadar etməyə səy göstərirlər”
22 Yanvar 2014 14:05 SiyasətMillət vəkili Zahid Oruc Ermənistan tərəfindən sərhəd xəttində atəşkəs rejimin intensiv şəkildə pozmasına münasibət bildirib. Z.Oruc bildib ki, sərhəd xəttində atəşkəs rejiminin intensiv şəkildə pozulması Ermənistanın regionda yürütdüyü məqsədli siyasətin nəticəsidir. Bu da ən azı 3-4 hədəfi qarşıya qoymaqdan ibarətdir. Z.Oruc hesab edir ki, birinci növbədə atəşkəsin pozulduğu ərazilərdə təsərrüfat həyatı az qala dayandırılır. Məskunlaşma prosesi xeyli çətinləşir, insanların özlərinə kənar alternativ axtarmaq məcburiyyəti ortaya çıxır. Eyni zamanda bunu Ermənistanın Azərbaycandakı vəziyyətə təsir göstərmək üsulu adlandıran millət vəklinin sözlərinə görə, Azərbaycanın qeyri-stabil regionda yerləşməsini qabartmaq, buradakı investisiya mühitinə, xarici iqtisadi fəallığa zərbə vurmaq niyyətli də açıq şəkildə görünür.
Atəşkəsin arxasındakı qaraтlıq məqamlar
Zahid Oruc qeyd etdi ki, ən mühüm məsələlərdən biri böyük silah kütləsinin dövriyyədə xərclənməsi və bundan külli miqdarda qazancın əldə edilməsi məqsədidir: "Ermənistan mediasında anti-hakimiyyət dairələri dəfələrlə belə faktları gündəliyə çıxarıblar. Çünki Qarabağa gətirilən qanunsuz silahlar ayrı-ayrı dairələrinin, silah qaçaqmalçılığı qüvvələrinin işidir. Ortada böyük maliyyə vəsaitləri dövr edir. "Rusiyadan alınan silahlar Azərbaycana atılır" adı ilə siyahılardan silirlər və əvəzində dövlətin vəsaitləri xərclənir. R.Köçəryan dəfələrlə Sərkisyan rejiminə qarşı bu cür arqumentlərlə çıxış edib. Atəşkəs rejiminin pozulmasının arxasında dayanan məqsədlərdən biri "silah partiyası"nın bu proseslərdən qazanmaq niyyətdir. Azərbaycanın da Ermənistanın törətdiyi təxribatlara adekvat cavab verməsini erməni hakimiyyəti təhlükənin böyüməsi kimi qiymətləndirir və yeni silahların alınması üçün şərait yaradır. Ermənistan bununla həmçinin Azərbaycanı xaricdən silah almağa vadar etməyə çalışır. Vaxtilə Qərb SSRİ-ni sürətlə silahlanma yarışına qoşduğu kimi Azərbaycanın da normal iqtisadi, sosial proqramlarını müəyyən mənada dayandırıb, əvəzində bizi hərbi texnoloji avadanlıqların alınmasına vadar etməyə səy göstərirlər. Yəni ki, ölkə özünün strateji yolundan çıxsın, əvəzində özünümüdafiə tədbirlərini daha çox qabartsın, hərbiləşmə və militarisləşmə meyillərinə yuvarlansın. Ermənistanın məsələdə həmçinin beynəlxalq dairələrə mesaj vermək niyyəti də var".
90-cı illərdən 2013-ə
Zahid Oruc atəşkəs rejimi arxasında təkcə Ermənistanın durmadığı qənaətindədir. Millət vəkili bildirdi ki, vaxtilə Hillari Klinton bölgəyə səfər edəndə Ermənistan arəşkəsi daha intensiv şəkildə pozdu: "Rusiya və Ermənistan bununla sanki iddia edirdilər ki, ABŞ və Qərb Cənubi Qafqazın ağası ola bilməzlər. Son günlərdə də atəşkəsin tez-tez pozulmasına Minsk Qrupundan reaksiya gəldi. Həmsədrlər bildirdilər ki, bu cür proseslər danışıqlar prosesini zərbə altında qoyur. Bu cür bəyanatlarla prosesləri səngitmək çətin olacaq. Çünki Dağlıq Qarabağa sülhməramlı qüvvələr yerləşdirilməyib. Hər an atəşkəs rejiminin irimiqyasda pozulmasının şahidi ola bilərik. Azərbaycanın Silahlı Qüvvələr sistemi bun hazırdır. Azərbaycan həmçinin atəşkəs rejiminin silahlı toqquşmaya çevrilməsinə hazır vəziyyətdədir. Ermənistan bu təxribata getsə, qarşısında daha başqa mənəzərə görəcək. Çünki 90-cı illərindən fərqli olaraq Azərbaycan tamam başqa vəziyyətdədir.
Mənsur Rəğbətoğlu