Azərbaycan və Türkiyə arasında müqavilə imzalanacaq

Yanvarin 23-də "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı"nın imzalanma mərasimi keçiriləcək  Bu barədə məlumat "OLAYLAR"-a Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan daxil olub. Bildirilib ki,  sənəd Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində  imzalanacaq.  Fəaliyyət Planını Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu imzalayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00