Millət vəkilinin Twitter hesabının parolu oğurlanıb

Millət vəkili Qənirə Paşayevanın rəsmi twitter hesabımın parolu oğurlanıb. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı millət vəkili öz facebook profilində yayıb. Məlumatda qeyd edilib ki, ötən gün kimlərsə millət vəkilinin rəsmi twitter hesabının parolunu oğurlayaraq özəl mesaj qutusundan bəzi dostlara Qənirə Paşayevanın adından mesaj yazıblar: "Yazılan mesajı tamam silməyi unutduqlarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamağımıza vəsilə oldu. Sizdən ricam son 2 gündə və ondan öncə  mənim özəl mesaj qutumdan sizlərdən kimlərəsə şübhələndiyiniz, narahatedici mesaj gəlibsə mutlaq bizə xəbər verin..Onu da qeyd edim ki, mən ümumiyyətlə özəl mesaj qutusundan nadir hallarda istifadə edirəm". Millət vəkili daha sonra qeyd edib ki, mütəxəsislərin dəstəyi ilə twitter hesabının güvənliyi daha da artırılıb: "Başqalarının hesabına girmək, məktublar yazmaq və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən büyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təəssüf ki, günümüzdə bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır. Bütün dostlardan diqqətli olmalarını və şübhələndikləri anda bizə hər hansı bir yolla müraciət etmələrini rica edirik". Millət vəkili deyib ki, (GaniraP) onun tək rəsmi twitter hesabıdır: "Təəssüf ki, bəzi insanlar bütün əxlaq normalarını pozaraq mənim adıma başqa twitter hesabları açıblar. O hesabların mənimlə heç bir əlaqəsi yoxdur və bunu hər kəsin bilməsini istəyirik. Ümid edirəm ki, adıma saxta twitter hesabı açan şəxslər nə qədər böyük əxlaqsızlıq və tərbiyəsizlik etdiklərinin fərqinə vararaq bu tərbiyəsizliyi dayandıracaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00