Millət vəkili : “Hesabatda tərtib olunan faktlar saxtalaşdırılıb”
21 Yanvar 2014 18:52 Siyasət"Human Rights Watch" təşkilatının son hesabatındakı Azərbaycanla bağlı müddəa ictimai narahatçılığa səbəb olub. Hesabatında 2013-cü ildə keçirilən prezident seçkilərində məntəqələrin 58 faizində səslərin sayılmasını pis və ya çox pis kimi qiymətləndirilib. Həmçinin, hesabatda müxalif siyasi qurumlara seçki təşviqatında iştiraklına maneələrin yaradıldığı da qeyd olunub. Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "Human Rights Watch" təşkilatının siyasi məqsədlər üçün belə bir hesabat hazırladığı hiss edilir: "Təbii ki, adıçəkilən hesabatda tərtib olunan faktlar saxtalaşdırılıb. Azərbaycanda ifadə, sərbəst toplaşmaq azadlığının il ərzində kəskin şəkildə pisləşdiyi, ölkədə müxtəlif siyasi fəalların həbsi, mediada məhdudlaşdırıcı ətraf mühitin yaradılması, toplaşmaq azadlığının pozulmasının seçkiqabağı təşviqatı zədələdiyi barədə təşkilatın yaydığı hesabat qərəzlidir. Hesabatda tərtib olunan faktlar saxtalaşdırılıb".