Deputatlarımız Avronest PA-nın tədbirinə qatılacaqlar
21 Yanvar 2014 17:49 SiyasətMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Azər Kərimli Avronest PA-nın İqtisadi komitəsinin iclasında iştirak etmək üçün yanvarın 21-dən 23-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar. Bu barədə MM-dən "OLaylar"a verilən məlumata görə, iclasda "Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələri arasında infrastruktur sahəsində əməkdaşlıq: avtomobil yolları, dəmir yolları və hava nəqliyyatı ilə bağlı birgə layihələr" mövzusunda komitənin hazırlayacağı məruzəylə əlaqədar ilkin müzakirələr aparılacaq. Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcək, həmin layihələrlə bağlı rəy və təkliflərini bildirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00