Azərbaycan və Ermənistan xarici işlər nazirləri yanvarın 24-də Parisdə görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşün yanvarın 24-də Parisdə keçiriləcək. Bu barədə diplomatik mənbələrdən məlum olub.Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün yanvarın 23-də Fransaya gedəcək. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərini iştirakı ilə keçiriləcək.

Xatırladaq ki, nazirlərin növbəti görüşü barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00