Müxalifətdən kim hakimiyyətə “işləyir”?

Eldar İbrahimov: “Hakimiyyətin müxalifətdən kiməsə ehtiyacı yoxdur”

"AXCP ilə Müsavat başda olmaqla, radikal müxalifət Azərbaycan hakimiyyətinə, bugünkü iqtidara, hakim Yeni Azərbaycan Partiyasına qarşı həmişə düşmənçilik edib və edir". Bunu deyən millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, parlamentin komitə sədri Eldar İbrahimovun sözlərinə görə, indi radikallardan hər hansı biri ilə hakimiyyətin "mandat alveri"nə getməsi yönündə AXCP, o cümlədən, digər müxalif qüvvələr tərəfindən səsləndirilən iddiaların, ittihamların da heç bir əsası yoxdur və ola da bilməz: "Gələcəkdə də bunlar guya bizə-hakimiyyətə, nə bilim kimə işləyəcək, nə bilim, parlamentdə yer alacaqlar, hamısı cəfəngiyatdır. Bizim, Azərbaycan hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının kiməsə ehtiyacı da yoxdur. Adıçəkilən qüvvələrdən, təşkilatlardan əgər hər hansı birinin cəmiyyətdə dəstəyi, nüfuzu varsa, o zaman öz namizədlərini irəli sürsün, xalq onlara səs versin və parlamentdə də yer alsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00