DAK qurultaya hazırlaşır
21 Yanvar 2014 15:42 SiyasətYaxın aylarda Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı keçirilə bilər. Bu barədə "OLAYLAR"-a məlumat verən konqresin Mərkəzi İcra Aparatının rəhbəri Samir Adıgözəlli deyib ki, tezliklə qurultaya hazırlıqla əlaqədar Təşkilat Komitəsi yaradılacaq: "Artıq konqresin xarici ölkələrdəki nümayəndəlikləri, regional bölmələrinə müvafiq tapşırıqlar verilib". Samir Adıgözəlli qurultayın hansı ölkədə keçiriləcəyinin hələlik dəqiqləşdirilmədiyini deyib: "Hazırda bir neçə varinat üzərində iş gedir. Həmin ölkələr sırasında qardaş Türkiyə Cümhuriyyətinin də adı var". DAK rəsmisi onu da bildirib ki, bu dəfəki qurultay istər konqresin, istərsə də Azərbaycan diasporunun həyatı baxımından mühüm əhəmiyyət daşıyacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00