“İnanmıram ki, hansısa forum radikal müxalifət düşərgəsində yaşanan dərin böhranı aradan qaldırsın”

"Milli Şura artıq dağılmış bir qurumdur. Ona görə də istənilən cəhd nəticəsiz qalacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Cəmil Həsənlinin müxalifətin forumunun keçirilməsi təşəbbüsünə münasibət bildirərkən səsləndirib. BAXCP rəsmisi deyib ki, adı çəkilən  qurum təsis ediləndə onun 129 nəfər üzvüolub: "Cəmil Həsənlinin özü 2-3 gün bundan qabaq mətbuata acıqlama verdi ki, Milli Şuranın sessiyası cəmi 60 nəfərlə  keçirilib.  Deməli 40 nəfərdən artıq adam Milli Şuradan istefa verib. Yerdə qalan şəxslər də iclaslara belə qatılmırlar". Niyaməddin Orduxanlının sözlərinə görə,  Müsavat Partiyası ilə Əli Kərimli arasında münasibətlər artıq təhqir səviyyəsinə gəlib çatdığı üçün hansısa forumun həmin münasibətlərin normallaşmasına müsbət təsir göstərəcəyi inandırıcı görünmür: "Bu savaşa Əli Kərimli Cəmil Həsənlini də cəlb edib və müsavatçılara qarşı acıqlamalar verdirir. Ona görə də inanmıram ki, hansısa bir forum radikal müxalifət düşərgəsində yaşanan dərin böhranı aradan qaldırsın. Əksinə düşünürəm ki, yaxın zamanlarda həmin qurumdan yenə də istefalar olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00