20 Yanvar faciəsi okeanın o tayında da anılıb
21 Yanvar 2014 15:30 SiyasətNyu York Azərbaycan- Amerika Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Eyyub Sultan Türk Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə anım gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, təşkilatın rəhbəri Münəvvər Vahabova tədbirdə qonaqları salamlayaraq 20 yanvar hadisələri barədə iştirakçılara məlumat verib. Münəvvər Vahabova qeyd edib ki, 1990-cı il 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik əldə etməsində mühüm rol oynayıb. Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin konsulu Emil Səfərov və Mədəni inkişaf mərkəzinin rəhbəri Gəray Əlibəyov da çıxış edib. Emil Səfərov bu cür tədbirlərin diaspor və onun gənc nümayəndələri üçün əhəmiyyətini vurğulayıb. Tədbirdə Nyu-Yorkun Azərbaycan və türk icmalarının üzvləri, Azərbaycanın Vaşinqton və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak edib.