Almaniyanın Köln şəhərində 20 Yanvar şəhidləri anılıb

"Alman-Azərbaycan Mədəniyyət Evi" Kölndə "20 Yanvar tariximizin unudulmaz səhifəsidir " mövzusunda tədbir keçirib. Almaniyanın siyasi partiya təmsilçiləri, QHT-lər, Türkiyə icmasının nümayəndələri, Almaniyada yaşayan tələbələr, soydaşlarımız tədbirdə iştirak ediblər. Təbdir şəhidlərin 1 dəqiqəlik sükutla yad eilməsilə başlayıb, sonra Azərbaycanın dövlət himni səsləndirilib. Mədəniyyət Evinin icraçı-direktoru Rəşad Xasayoğlu çıxış edərək 20 Yanvar Facisəi ilə bağlı acı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. R.Xasayoğlu bildirib ki, 20 yanvar Faciəsinə hüquqi qiymətin verilməsi üçün bucür kampaniyaların davam etdiriləcək: "Millətimizin başına gətirilmiş bu bəlaları dünyaya təbliğ etmək də davam edəcəyik. Bundan sonra qarşıdan digər faciə tarixlərimiz Xocalı, 31 mart sorqrım günlərimiz gəlir. Xalqımıza qarşı törədilmiş bu cinayəti törədənlərin öz hüquqi qiymətinin almasına daim durmadan fəaliyyətimizi artıracağıq. Bizim Avropada güclənməyimizə ehtiyacımız var bu işdə hər kəsin üzərində bir yük var". Daha sonra çıxış edən Almaniya Yaşıllar Partiyasının Köln şəhərindən millət vəkili olan Arif Ünal, "Bohum Azərbaycan Cəmiyyəti"nin sədri Rasim Sadıxov 20 Yanvar Faciəsini Azərbaycan xalqının mübarizlik səhifəsi, rus imperializminin qanlı cinayəti adlandırıblar. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00